Türkiyənin "Qaziantep" klubunun heyətində koronavirusa kütləvi yoluxma qeydə alınıb.
Fanat.Az xəbər verir ki, məlumatı Super Liqa təmsilçisinin rəsmi saytı yayıb.
Xəbərə görə, 7 futbolçu, 1 məşqçi və 1 işçinin testi müsbət çıxıb.
Həmin şəxslər karantinə alınıb.
Qeyd edək ki, "Qaziantep" yanvarın 14-də Türkiyə Super Liqasının XXI turunda "Beşiktaş"ın qonağı olacaq.