Futbol üzrə İngiltərə Premyer Liqasında (İPL) dekabr ayının ən yaxşıları bəlli olub.
Fanat.Az İPL-in rəsmi saytına istinadən xəbər verir ki, “Mançester Siti”nin hücumçusu Rahim Sterlinq ötən ayın ən yaxşı oyunçusu seçilib.
Sterlinq dekabrda meydana çıxdığı oyunlarda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Dekabrın ən yaxşı məşqçisi də “Mançester Siti”nin çalışdırıcısı Xosep Quardiola olub. Onun komandası ötən ay keçirdiyi 7 oyunun hamısında qələbə qazanıb.