"River Pleyt"in hücumçusu Xulian Alvares karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az "Football İtalia" nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı argentinalı futbolçunun agentləri onu, mövsümün sonunda "Toronto"ya keçəcək Lorenso İnsinyenin yerinə oyunçu axtaran “Napoli”yə təklif ediblər.
Qeyd edək ki, Alvaresin klubdan getməsinin təzminatı- 25 milyon avro təşkil edir.