İngiltərə Premyer Liqasının 22-ci turu çərçivəsində "Çelsi" səfərdə "Mançester Siti"yə minimal hesabla məğlub olub - 0:1.
Fanat.Az xəbər verir ki, “zadəganlar”ın baş məşqçisi Tomas Tuxel komandasının məğlubiyyətini şərh edərkən Romelu Lukakunun zəif çıxışını qabardıb: "Lukaku çox tez-tez lazımsız yerdə topu itirirdi. Bunlar əsassız itkilərdir, sonradan bu səhvə görə bütün komanda əziyyət çəkir. Matç zamanı onun böyük şansı var idi, ancaq bundan yararlana bilmədi. İlk hissədə hücumda zəif oynadıq. Daha yaxşı oynaya bilərdik. Biz hamımız Romeluya kömək etmək istəyirik. O, komandanın bir hissəsidir. Özü də məsuliyyət daşımalıdır”.
Xatırladaqki, "Çelsi" İPL-in turnir cədvəlində 43 xalla 2-ci yerdədir.
Emin