Futbol üzrə Türkiyə 1-ci liqasında 21-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda iddialılardan olan “Eyüpspor"”la qarşılaşaraq qolsuz heç-heçə (0:0) ilə kifayətlənib. Vüsal matça əvəzetmədən, 54-cü dəqiqədə qoşulub.
21 tura 23 xal toplayan “Keçiörengücü” çempionatın turnir cədvəlində 19 iştirakçı arasında 14-cü pillədədir.