Afrika Millətlər Kubokunda qrup mərhələsinin 3-cü turu start götürüb.
Fanat.Az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.
A qrupunda Burkina Faso Efiopiya, Kabo Verde millisi isə Kamerunla üz-üzə gəlib. Hər iki duel qollu bərabərliklə yekunlaşıb.
Kabo-Verde yığmasının start "11-liy"ində yer alan “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade 90 dəqiqə mübarizə aparıb.
Kamerun qrup lideri kimi növbəti mərhələyə adlayıb. Burkina Faso isə ikinci yerlə pley-offa çıxıb. Andradenin şərəfini qoruduğu seçmə komanda isə dörd ən yaxşı qrup üçüncüsündən biri kimi mərhələ adlamaq şansını saxlayır.
Afrika Millətlər Kuboku
A qrupu
17 yanvar
Burkina Faso – Efiopiya 1:1
Qollar: Bayala, 24 – Kebede, 52.
Kabo-Verde – Kamerun
Qollar: Rodriqes, 53 – Abubakar, 39.
Xal durumu: Kamerun – 7, Burkina Faso – 4, Kabo-Verde – 4, Efiopiya – 1.