11:15 19.01.2022 1284

Günün transfer xəbərləri: Cerrard yeni "Liverpul" yaradır, "Qarabağ"ın rəqibi yeni futbolçu aldı

Qış "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.

"Çelsi"nin futbolçusu Timo Verner: "Antonio Rüdiger və Andreas Kristensenin “Çelsi”də qalmasını istərdim. Təbii ki, dünyanın istənilən komandasını güclü edə bilərlər, ancaq ümid edirəm ki, digər klublar müdafiəçilərimizi əlimizdən almayacaq. Rüdiger inanılmaz oynayır, hara gedəcəyini seçə bilər, çünki yayda azad agent olacaq”. 

Qeyd edək ki, hər iki futbolçu Avropanın bir neçə top klubunun diqqətini cəlb edib və rəsmi təkliflər var.

"L'Equipe" nəşri: “Monako” “Nyukasl”a Benua Badiaşile üçün daha çox məbləğ təklif etməyi məsləhət görüb. Bundan əvvəl İngiltərə klubu 40 milyon avro təklif etmişdi. Hazırda futbolçu zədəlidir.

Canluka Di Martsiodan xəbərlər:  

* "Salernitana" Ederin İtaliyaya qayıtmasını istəyir. 2018-ci ilin iyulunda "İnter" onu 5,7 milyon avro qarşılığında "Jianqsu Suninq"ə satıb. Ederin A seriyasındakı statistikası: 245 matç və 60 qol. Çində isə 62 oyun keçirib və 32 qol vurub.

* Panayotis Retsos "Bayer Leverkuzen"dən "Hellas Verona"ya keçir.

* Daniele Baselli "Torino"dan "Kalyari"yə keçməyə yaxındır. 

* "Torino" Natan Nandesi icarəyə vermək istəyir. "Kalyari" iki yarımmüdafiəçi ilə müqavilə bağlasa, oyunçunu buraxmağa hazır olacaq.

* "Napoli" yayda Natan Nandesi transfer etməyə çalışıb. Nandes isə hələ də "İnter"lə seçimə ümid edir.

Futbol insayderi Fabritsio Romano: İtaliya və Fransa klubları "Lill"in 18 yaşlı istedadlı yarımmüdafiəçisi Rokko Askona ilə maraqlanır. Futbolçu kluba icarəyə gedə bilər.

İdman jurnalisti Jerar Romero: Luis Suares "Palmeiras", "Korintians", "Atletiko Mineyro" və Səudiyyə Ərəbistanı klubundan gələn təklifləri rədd edib. Ona "Aston Villa"nın təklifi maraqlıdır.

Sem Steyskal (Atletik): “Lids Yunayted” ABŞ millisinin" və RB "Zalsburq" üzvü Brenden Aaronson üçün 15 milyon funt-sterlinq təklif edib. 21 yaşlı Aaronson Avstriya Bundesliqasında  "RB Zalsburq"un heyətində bütün yarışlarda 26 oyun keçirib və 3 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Sem Uollos (The Telegraph): Frenk Lempard və Ueyn Runi (Derbi Kaunti) tezliklə "Everton"da vakant olan baş məşqçi postuna müsahibədə iştirak edəcəklər

Baş tutmuş transfer xəbərləri: 

Sead Kolaşinats (28 yaşlı müdafiəçi)

"Arsenal"dan (İngiltərə) "Marsel"ə (Fransa) transfer olunub.
Azad agent qismində keçən futbolçunun müqaviləsinin müddəti 2022/23-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub. 

Aleksandr Silyanov (20 yaşlı müdafiəçi)

"Lokomotiv"dən (Rusiya) "Rostov"a (Rusiya) icarəyə verilib.
Futbolçu 2021/22-ci illər mövsümünün sonuna qədər "Rostov"un uğurları üçün çalışacaq.

Nemanya Qlavçiç (24 yaşlı yarımmüdafiəçi)

"Slaven Belupo"dan (Xorvatiya)  "Ximki"yə (Rusiya) keçib.
Transfer məbləği 120 min avrodur. Müqavilənin müddəti 2023/24-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub. 

Robin Olsen (32 yaşlı qapıçı)

"Roma"dan (İtaliya) "Aston Villa"ya (İngiltərə) icarəyə verilib.
2021/22-ci illər mövsümünün sonuna qədər Premyer Liqa klubunda çıxış edəcək. 

Franko Di Santo (32 yaşlı hücumçu)

"San Lorenso"dan (Argentina) "Göztəpə"yə (Türkiyə) transfer olunub.
Azad agent qismində keçən futbolçunun müqaviləsinin müddəti 2022/23-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub. 

Xorxe Mere (24 yaşlı müdafiəçi)

"Köln"dən (Almaniya) - "Amerika"ya (Meksika) keçib.
Transfer məbləği 900 min avro təşkil edir.

İvan Konovalov (27 yaşlı qapıçı)

"Rubin"dən (Rusiya) "Livinqston"a (Şotlandiya) keçid edib.
Futbolçu ilə 2022/23-ci illər mövsümünün sonuna kimi daha bir mövsüm uzadılması imkanı ilə müqavilə bağlanacaq.

Marko Fabian (32 yaşlı yarımmüdafiəçi)

"Xuarez"dən (Meksika) "Mazatlan"a (Meksika) transfer olunub.
Azad agent qismində keçən futbolçunun müqaviləsinin müddəti 2022/23-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub. 

Maksimilian Ullmann (25 yaşlı sol cinah müdafiəçisi)

"Rapid"dən (Avstriya) "Venesiya"ya (İtaliya) keçib
Müqavilənin müddəti 2023/24-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub. Bu mövsüm o, 28 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

27 May 2022
09:00

"Qarabağ" "Qızıl dubl", "Zirə" ilk titul arzusunda - YENİLƏNİR

08:00

"Barselona"nın yeni transferi - monteneqrolu gözəl

01:30

Türkiyə Kubokunun sahibi bəlli oldu

00:55

Morata İngiltərəyə köçür

00:20

"Çelsi"də Abramoviç dövrü rəsmən bitdi

26 May 2022
23:44

Azərbaycan millisi İslamiadanın hazırlıqlarına başladı

23:04

Çimərlik güləşçilərimiz üçün ilin ilk sınağı

22:28

"Mənim yeni çarpaz bağım və daha bir kubokum var" - Zlatan İbrahimoviç

21:43

AFFA-nın baş katibi Gəncəyə getdi

21:08

Paralimpiya çempionlarımızdan İsveçrədə qızıl medal

20:47

Aydın və Günaydan qələbə, derbi "sülh"lə nəticələndi

20:22

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

19:47

Konfrans Liqası: Həftənin ən yaxşısı bəlli oldu

19:24

Şeyxlər "Milan"ı almaqdan imtina edirlər

18:58

Azərbaycan idmançısı İsveçrədə qızıl medal qazandı

18:29

"Nyukasl"ın 60 milyonluq hədəfi

17:59

"Barselona" 18 yaşlı futbolçunu istəyir

17:45

"Neftçi"nin baş məşqçisi "Səbail"də - RƏSMİ

17:39

Patrik Şiklə müqavilə yeniləndi - RƏSMİ

17:22

İtaliya millisinin üzvü "Mançester Yunayted" yolunda

17:05

Avropa çempionatında ölkəmizi kim təmsil edəcək?

16:51

"Bayer" hücumçusunu bu qiymətə satacaq

16:30

Ançelotti "Roma"nı təbrik etdi

16:15

Su İdmanı Sarayındakı qiymət artımının səbəbi nədir? - AÇIQLAMA

15:54

MY Bundesliqanın "ən yaxşı"sını bu qiymətə alır

15:03

"Səbail" baş məşqçi seçimini etdi

14:23

"Arsenal"dan 3 ildir oynatmadığı futbolçuya yeni müqavilə

14:06

Elxan Məmmədov Ukraynada nazirlə görüşdü

13:49

Azərbaycanın 8 qadın güləşçisi Qazaxıstana gedəcək

13:32

"Roma" bunu bacaran ilk komanda oldu

13:14

Xumar Qədimovanın ÇL-in finalı ilə bağlı proqnozu

12:55

"Biz tarix yazmalıydıq və bacardıq" - Joze Mourinyu

12:39

Çeferin Rusiya klubları ilə bağlı vəziyyəti dəyərləndirdi

12:23

Yürgen Klopp: "Məzar daşıma bunun yazılmasını istəyərdim..." - MÜSAHİBƏ

12:08

Millimizin futbolçusu klubu ilə müqaviləni yenilədi

12:00

Günün transfer xəbərləri: Zlatan qərar verəcək

11:44

Turan "Turan Tovuz"a keçir

11:27

Səfərli İtaliyada birincilik şansını itirdi

11:06

"Kəpəz" iş adamlarından kömək istədi

10:50

Dibala "İnter"ə keçir - Son dəqiqə

Facebookdan bizi izləməyi unutmayın.
X