Almaniyanın "Bayer 04" (Leverkuzen) klubunun hücumçusu Patrik Şik "Barselona"ya keçə bilər.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun agenti Kataloniya klubunun nümayəndələri ilə danışıq aparıb.
Sözügedən forvardın təmsilçisi "Barselona"nın idarəçilərinə transferin bu ay rəsmiləşdirilməsini təklif edib.
Şik "Bayer 04"ə 2020-ci ildə "Roma"dan keçib. Almanlar İtaliya təmsilçisinə bu transferə görə 26,5 milyon avro ödəyib. Onun Leverkuzen klubuyla olan müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq. Bu mövsüm Almaniya Bundesliqasında 16 oyuna çıxaraq 18 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı çexiyalı futbolçunun transfer qiymətini 40 milyon avro ilə dəyərləndirir.