Roberto Daversanı bir neçə gün öncə istefaya göndərən “Sampdoriya”nın yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir ki, A Seriyası təmsilçisini Marko Campaolo çalışdıracaq.
Mütəxəssis müddəti 2024-cü ilin yayına qədər olan müqaviləyə imza atıb.
54 yaşlı Campaolo 2016-2019-cu illər aralığında da sözügedən Genuya təmsilçisinin baş məşqçisi olub.