"Barselona"nın vingeri Usman Dembele satılacağı ilə bağlı yayılan informasiyaları şərh edib.
Fanat.Az xəbər verir ki, fransalı futbolçu "Instagram" hesabında belə paylaşım edib:
"Barselona"ya keçəndən haqqımda çox şey danışılır. Paxıl insanlar mənə zərbə vurmaq istəyirlərlər. Belələrinə adətən cavab verməməyi üstün tutmuşam. Amma görürəm ki, susmaqla böyük səhv etmişəm. Bu gün hər şeyə aydınlıq gətirmək istəyirəm.
Təbii, hamı kimi mənim də səhvlərim olub. Bu, normal haldır. Amma baş məşqçimiz oyundan öncə məşq etmədiyim hallarda belə, oynamağımı istəyibsə, hər zaman razılaşmışam. Klubumla müqaviləm var və həmişə azarkeşlər üçün bacardığımı meydanda qoymuşam... Məni şantaj edənlərin arzuladığı vəziyyətə düşməyəcəm. Hazırda yeni müqavilənin imzalanmasıyla bağlı danışıqlar gedir. Mənim işim isə futbol oynamaq və komanda yoldaşlarım, azarkeşlərlə birlikdə öz işimdən zövq almaqdır".
2016-cı ildən Fransa millisinə çağırılan 24 yaşlı Dembele bu mövsüm İspaniya La Liqasında 6 oyuna çıxaraq 2 məhsuldar ötürmə ilə yadda qalıb.