"Mançester Yunayted" mövsümün sonunada Çempionlar Liqasına vəsiqə qazana bilməsə Kriştianu Ronaldu klubdan ayrılacaq.
Fanat.Az xəbər verir ki, bu barədə İspaniyanın "AS" nəşri məlumat yayıb.
Hazırda komanda İPL-də turnir cədvəlinin 7-ci pilləsində qərarlaşsa da, Çempionlar Liqası zonasından cəmi iki xal geri qalır.
İspaniya mətbuatı həmçinin Ronaldunun ÇL-də 6 qələbəsi olan və bu yaxınlarda dünyasını dəyişən "Real Madrid"in əfsanəsi Pako Centonun rekordunu yeniləmək fikrinə düşdüyünü yazır. Ronaldunun hazırda aktivində 5 çempionluq kuboku var.
Xatırladaq ki, PSJ Ronaldunu transfer etməyə əsas namizəddir. Fransa klubunun rəhbərliyi ulduz futbolçu üçün lazın olan məbləği odəməyə hazır olduğunu bildirib.
Emin