"Barselona" İngiltərənin "Vulverhempton" klubunun hücumçusu Adama Traoreni heyətinə qatmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış jurnalist Jerar Romero şəxsi "Twitter" hesabından yayıb.
Mənbə Kataloniya təmsilçisinin Traoreni mövsümün sonunadək icarəyə götürəcəyini və tərəflərin artıq razılığa gəldiyini bildirib.
26 yaşlı Adama "Barselona"nın öz yetirməsidir. Onun "Vulverhempton"la olan müqaviləsinin müddəti 2023-cü ilin 30 iyun tarixində bitəcək.