DÇ-2022-nin daha bir iştirakçısı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, İran millisi Asiya zonası üzrə seçmə mərhələnin A qrupunun 7-ci turunda İraq yığmasına 1:0 hesabı ilə qalib gələrək mundiala vəsiqəni vaxtından əvvəl təmin edib.
Bu qələbədən sonra xallarını 17-yə çatdıraraq liderliyinə möhkəmləndirən İran sona 3 tur qalmış ən yaxın izləyicisi Cənubi Koreyanı 2, Birləşmiş Ərəb Əmirliklərini isə 10 xal qabaqlayır. Bu isə o deməkdir ki, komanda mundiala ən pis halda ikinci yerin sahibi kimi yollanacaq.
Qətərin ev sahibliyi edəcək dünya çempionatı 21 noyabr - 18 dekabrda keçiriləcək.