"Valensiya"nın yarımmüdafiəçisi Daniel Vass "Atletiko Madrid"ə transfer olunub.
Fanat.Az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ilə müddəti 2023-cü ilədək olan müqavilə imzalanıb.
Bu keçid "Atletiko"ya 2,5 milyon avroya başa gəlib.
2011-ci ildən Danimarka millisinə çağırılan Vass cari mövsümdə "yarasalar"ın heyətində bütün turnirlər daxil olmaqla, 21 oyuna çıxıb. Bu matçlarda 1 qol vurmağa imkan tapan Daniel eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.