Şotlandiyanın "Reyncers" klubu "Mançester Yunayted"in yarımmüdafiəçisi Amad Diallonu icarəyə götürüb.
Fanat.Az "qırmızı şeytanlar"ın rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı futbolçunun sonradan Qlazqo klubuna satılması nəzərdə tutulmayıb.
Bu mövsüm Diallo İngiltərə nəhənginin formasıyla cəmi 1 rəsmi matça çıxıb. O, Çempionlar Liqasının qrup oyununda - "Yanq Boyz"a görüşdə (1:1) 68 dəqiqə meydanda olub.