Rusiya millisinindən ayrıldıqdan sonra "Ferentsvaroş"a baş məşqçi təyin olunan Stanislav Çerçesov yeni klubunda ilk rəsmi oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, komanda rus mütəxəssisin rəhbərliyi altında Macarıstan çempionatının 4-cü turundan təxirə salınmış "Puşkaş Akademiyası" ilə üz-üzə gəlib.
Səfər matçı rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 58 yaşlı məşqçi ötən ilin dekabr ayında Budapeşt klubu ilə anlaşıb.
Xatırladaq ki, "Ferentsvaroş" Macarıstan çempionatında 35 xalla liderdir.
Emin