Dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin oyununda - Çili və Argentina yığmaları arasında keçirilən görüşdə qeyri-adi olay yaşanıb.
Fanat.Az xəbər verir ki, yan xətt hakimləri Fabrisiu Vilarinyu da Silva və Rodriqu Fiqereydu oyun üçün nəzərdə tutulan bayraqları hoteldə unudublar. Ehtiyat avadanlıq olmadığından laynsmanlar döşəməsilən və mühafizəçilərin jiletlərindən yeni bayraqlar düzəldərək vəziyyətdən çıxıblar.
Qeyd edək ki, görüş Argentinanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.