"Neftçi"nin yeni transferi Azər Əliyevin Azərbaycan yığmasına cəlb olunması AFFA-nın əsas hədəflərindəndir.
Fanat.Az-ın məlumatına görə, futbol qurumu artıq lazım olan sənədləri toplamağı və FİFA-ya müraciət etməyi planlaşdırır.
Yalnız FİFA-nın qərarından sonra milliyətcə azərbaycanlı olan Azər Azərbaycan Premyer Liqasında yerli statusu ilə oynaya bilər.
Qeyd edək ki, Əliyev bir neçə gün öncə Rusiya "Ufa"sından ayrılaraq "Neftçi" ilə 3,5 illik müqavilə bağlayıb.