AFFA İntizam Komitəsi "Sumqayıt" klubunu 800 manat məbləğində cərimələyib.
Fanat.Az xəbər verir ki, buna "gənclik şəhəri" təmsilçisinin 4 futbolçusunun "Qəbələ"yə qarşı Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda sarı vərəqə alması səbəb olub.
Qeyd edək ki, qarşılaşma "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.