Azərbaycan millisinin futbolçusu Namik Ələskərov hazırda çıxış etdiyi "Bursaspor"un basketbol komandasına dəstək olub.
Fanat.Az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi "Frutti Extra Bursaspor"un evdə Yunanıstanın "Promiteas" klubuna qarşı keçirdiyi Avropa Kubokunun B qrupunun XIII tur matçını ailə üzvləri ilə birlikdə tribunadan izləyib
Tofaş İdman Zalında oynanılan qarşılaşma meydan sahiblərinin 85:76 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Namik Ələskərov ötən ilin yayında "Bursaspor"la 2 illik müqavilə imzalayıb.