"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunu - PSJ ilə bu gün keçirəcəkləri görüş ərəfəsində açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, AS italiyalı mütəxəssisin söylədiklərini belə çatdırıb:
"Hiss edirəm ki, hər şey yaxşı olacaq. Təbii, güclü rəqibə qarşı oynayacağıq. Bizi çətin oyun gözləyir. Onlar da qarşılarına çempionluq hədəfi qoyub. Finalda qarşılaşsaydıq, heç kim təəccüblənməzdi. Hədəfimiz PSJ-ni mübarizədən kənarlaşdırmaqdır.
Oyun tərzlərimiz oxşardır. Bilirik ki, bu əla rəqibi yenmək üçün mümkün olanın ən yaxşısını etməliyik. Biz bunu bacaracağıq!"