İtaliyanın "Salernitana" komandasının futbolçusu Frank Riberi avtomobil qəzasına düşüb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, hadisə zamanı fransalı vinger sükan arxasında olmayıb.
Onun sərnişini olduğu avtomobil işıqfora çırpılıb. Nəticədə 38 yaşlı oyunçu başından xəsarət alıb. İlkin ehtimallara görə Riberi bir həftəyədək yaşıl meydanlardan kənarda qalacaq.
Olay fevralın 27-nə keçən gecə yerli vaxtla saat 3-də baş verib.