İngiltərə Hakimlər Komitəsinin (RGMOL) baş direktoru Mayk Rayli Premyer Liqanın 27-ci turu çərçivəsində baş tutan "Everton" - "Mançester Siti" matçında hakim səhvinə görə Mersisayd klubundan üzr istəyib.
Fanat.Az xəbər verir ki, bu barədə "Skysports" kluba istinadən məlumat yayıb.
Şənbə günü oynanılan matçın 85-ci dəqiqəsində "şəhərlilər"in oyunçusu Rodri cərimə meydançasında topa qolu ilə toxunsa da, hakim epizodu görməyib və VAR-a baxdıqdan sonra da qərarını dəyişməyərək penalti təyin etməyib.
Beləliklə, "Mançester Siti" "Goodison Park"dan 1:0-lıq qalibiyyətlə ayrılıb.
Oyundan sonra Hakimlər Komitəsinin rəhbəri "Everton"la əlaqə saxlayıb. Mayk Rayli həm klubun sahibi Bill Kenraytla, həm də baş məşqçi Frank Lempardla danışaraq səhv hakim qərarına görə üzr istəyib.
Mirağa