Moskva “Lokomotiv”inin baş məşqçisi Markus Gisdol postundan ayrılıb.
Fanat.Az xəbər verir ki, informasiyanı paytaxt klubunun rəsmi saytı yayıb.
Onun istefasına Rusiyanın Ukraynaya hərbi təcavüzü səbəb olub. Alman mütəxəssisi müvəqqəti olaraq sabiq köməkçisi və həmyerlisi - 36 yaşlı Marvin Komper əvəzləyib.
53 yaşlı Gisdol ötən ilin oktyabrından “Lokomotiv"i çalışdırırdı.