Rusiya Futbol İttifaqı Krım komandalarını Rusiya çempionatında qəbul edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında məlumat yayılıb.
FİFA və UEFA Rusiya millisi və klublarını beynəlxalq turnirlərdən diskvalifikasiya etdikdən sonra RFİ rəhbərliyi Krım klublarını Rusiya çempionatına cəlb etmək qərarına gəlib.
RFİ FİFA və UEFA-nın qərarından beynəlxalq idman arbitraj məhkəməsinə şikayət etmək istəməsinə baxmayaraq, əvvəlki statusun bərpası şansının sıfıra bərabər olduğu qənaətindədirlər. Buna görə də Krım komandalarının yeni mövsümdən etibarən Rusiya liqasında çıxış edəcəyi yaxın vaxtlarda açıqlanacaq.
Rusiya çempionatının tərkibini yarımadanın iki komandası - hazırda Krım çempionatında ilk iki yeri tutan "Sevastopol" və "Tavriya" dolduracaq. Bu komandalar Milli Futbol Liqası 2-də çıxış edəcəklər.
Emin