“Lester Siti”nin hücumçusu Ceymi Vardi İngiltərə Premyer Liqasının “Börnli” ilə matçında komandasının ikinci qolunu vurub (2:0).
Fanat.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu, 35 yaşlı hücumçunun 30 yaşından sonra Premyer Liqada 94-cü qolu olub.
Bununla da, Vardi 30 ildən sonra Yan Raytın 93 qolluq rekordunu qırıb.
“Nyukasl”ın keçmiş hücumçusu Alan Şirer Premyer Liqada yaşa görə qol vuranlar siyahısında üçüncüdür – 84.
Vardinin cari mövsümdə Premyer Liqada 17 oyunda 10 qolu var.