"Çelsi"nin müdafiəçisi Andreas Kristensen karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
O, "Barselona"nın bir müddətdir danışıq apardığı danimarkalı futbolçuya daha yaxşı maddi şərtlər fonunda 5 illik anlaşma təklif etdiyini bildirib. Mənbə Xavinin start "11-lik"də yer verməyi planlaşdırdığı Andreasın "Barsa"ya keçmək ehtimalının yetərincə yüksək olduğunu vurğulayıb.
Kristensen 2014-cü ildən formasını geyindiyi "Çelsi"nin yetirməsidir. "Transfermarkt" portalı bu mövsüm İngiltərə Premyer Liqasında 14 matça çıxan arxa xətt oyunçusunun transfer qiymətini 35 milyon avro ilə dəyərləndirir.