Videooyun istehsalçısı EA Sports şirkəti də Rusiyanın Ukrayna ərazisinə hərbi hücumu boykot edib.
Fanat.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, şirkət işğalçı ölkənin millisi və klublarını "FIFA 22"dən çıxardıb.
Beləliklə, oyun iştirakçıları Rusiya klublarını və ya milli komandasını "FIFA 22"də seçə bilməyəcəklər.
Qeyd edək ki, Rusiya milliləri və klublarına qarşı FİFA və UEFA da sanksiya tədbiq edib.
Emin