"Mançester Yunayted"in və İngiltərə millisinin sabiq müdafiəçisi Rio Ferdinand "Tottenhem"in baş məşqçisi Antonio Konte barədə danışıb.
Fanat.Az xəbər verir ki, "Daily Mail" ulduz veteranın söylədiklərini belə çatdırıb:
"Kontenin yayda "Tottenhem"də qalacağına inanmıram. Bunu mətbuatda yazılanlara və onun sərəncamındakı heyətə əsasən proqnozlaşdırmaq çətin deyil. Yəqin ki, özünü günahkar saymır və hər şeyin o qədər də pis olmadığını düşünür. Söylədiyim kimi, "Tottenhem"də qalsa, təəccüblənərəm".
52 yaşlı Konte ötən ilin noyabrından "Tottenhem"in baş məşqçisidir. İtaliyalı çalışdırıcının komandası İngiltərə Premyer Liqasının geridə qalan 25 turunda 52 xal toplayaraq 7-ci pillədə qərarlaşıb.