Ukraynanın "Metallist" futbol klubunun prezidenti, tanınmış iş adamı Aleksandr Yaroslavski doğma şəhəri Xarkovun bərpasına yardım edəcək.
Fanat.Az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
Yaroslavski bildirib ki, Xarkov şəhərinin bərpasına ilkin maliyyə yardımı mülkiyyətində olan "Caiser” yaxtasının satılması hesabına olacaq "Artıq yaxtada dincəlməyə vaxt yoxdur: İşləmək və daha çox işləmək lazım gələcək”.
Alman şirkəti "Abeking&Rasmussen”in istehsalı olan "Caiser” yaxtasının uzunluğu 60 metrdir. Yaxtanın 12 nəfər qonaq qəbul etmək üçün 6 kabinəsi var. Bundan başqa, yaxtanın 15 nəfərdən ibarət heyəti üçün də ayrıca yer var.
Bundan əvvəl isə iş adamı Xarkov xəstəxanaları üçün 25 milyon qrivin (873 453.99 dollar) ayırmışdı. O, Xarkov şəhərinin sakinlərinə müraciət edərək bildirib: "Söz verirəm və and içirəm ki, şəhərimizi bərpa edəcəyik. Nəinki bərpa edəcəyik, bundan da artıq işlər görəcəyik. Bunun üçün səylərimi və pulumu əsirgəməyəcəm. Xarkov bizim üçün prioritetdir”.
Emin