Futbol üzrə İtaliya A Seriyasında 28-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun əksər görüşləri sonuncu oyun gününə təsadüf edib.
“Cenoa” – “Empoli” və “Bolonya” – “Torino” görüşləri başladığı hesabla da bitib. “Fiorentina” da “Verona” ilə ev oyunundan 1 xalla ayrılıb.
Beş qolun qeydə alındığı “Venetsiya” – “Sassuolo” matçında qonaqlar darmadağına seviniblər.
“Yuventus” Turində “Spetsiya”nı tək qolla üstələyib.
Bu turda əsas diqqətlər “Napoli” – “Milan” matçına yönəlib. Çempionluq uğrunda mübarizə aparan komandaların duelinə maraq böyük idi. İlk dövrədəki qarşılaşmada Neapol təmsilçisi səfərdə minimal hesablı qələbə qazanmışdı. Bu dəfə isə milanlılar bir qol vuraraq zəfərə sevinib.
Hazırda "Milan" A Seriyasının turnir cədvəlində 60 xalla birinci, "İnter" ikinci (58 xal), "Napoli" isə (57) üçüncü pillədədir.
İtaliya A Seriyası
28-ci tur
6 mart
Cenoa – Empoli 0:0
Bolonya – Torino 0:0
Venetsiya – Sassuolo 1:4
Qollar: Henri, 34 – Raspadori, 2. Berardi, 17-pen; 71-pen. Skamakka, 29-pen.
Fiorentina – Verona 1:1
Qollar: Pyontek, 10 – Kaprari, 20.
Yuventus – Spetsiya 1:0
Qol: Morata, 21.
Napoli – Milan 0:1
Qol: Jiru, 49.
5 mart
Udineze – Sampdoriya 2:1
Qollar: Deulofeu, 3, Udoqi, 12 - Kaputo, 13.
Roma – Atalanta 1:0
Qol: Abraham, 32.
Kalyari – Latsio 0:3
Qollar: İmmobile, 19. L.Alberto, 42. F.Anderson, 62.
4 mart
İnter – Salernitana 5:0
Qollar: L.Martines, 22; 40; 56. Dzeko, 64; 69.