"Arsenal"ın yarımmüdafiəçisi Martin Edeqor London təmsilçisinin sabiq yarımmüdafiəçisi Mesut Özillə müqayisə olunmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, TV2 onun söylədiklərini belə çatdırıb:
"Özümü başq futbolçularla müqayisə etməyin həvəskarı deyiləm. Amma Özillə müqayisə olunmağımı kompliment kimi qəbul edirəm. Çünki yeniyetmə vaxtlarımda Mesut mənim ən sevimli oyunçularımdan biri idi. Onun oyunundan ilham almışam".
"Topçular" Edeqoru ötən il "Real Madrdi"dən transfer edib. Bu mövsüm "Arsenal"ın heyətində 23 çempionat matçına çıxan 23 yaşlı norveçli 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat