"İnter" növbəti mövsüm "Yuventus"un hücumçusu Paulo Dibalanı heyətinə qatmaq üçün onun agenti ilə əlaqə saxlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı İtaliyanın "Gazzetta dello Sport" nəşri yayıb.
Mənbə "Yuventus"un 28 yaşlı futbolçu ilə müqavilənin uzadılması ilə bağlı danışıqları bərpa etməyə hazırlaşdığını bildirib. Dibalanın isə Turin təmsilçisində qalmaq istəmədiyi vurğulanıb.
Qeyd edək ki, 28 yaşlı futbolçu 2015-ci ildən "Yuventus"un şərəfini qoruyur.
Emin