"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiolanın onun və komandasının ünvanına təriflərinə qarşılıq verib. İspan mütəxəssis Mersisayd klubunu “məşqçilik karyerasının ən çətin rəqibi” adlandırmışdı.
Fanat.Az xəbər verir ki, Klopp da Qvardiola ilə qismən razılaşıb:
“Deyə bilərəm ki, “Mançester Siti” bütün rəqiblərimdən ən çətinidi, lakin Pepin “Bavariya”sı ilə də asan olmayıb.
Amma onun nə demək istədiyini başa düşürəm. Ötən illər ərzində biz bir-birimizi müəyyən səviyyəyə çatdırmışıq. Son illərdə topladığımız xalları götürək. Keçən mövsüm məlum səbəblərdən geri qaldıq, amma ümumilikdə, performans təxminən bərabər idi.
Biz olmasaydıq, "Mançester Siti" son mövsümlərdə fevrala qədər çempion olacaqdı. Yaxud onlar olmasaydı, həmin vaxt çərçivəsində biz çempion ola bilərdik”.