İngiltərə Premyer Liqasının 28-ci turunda "Tottenhem" öz meydanında "Everton"u 5:0 hesabı ilə darmadağın edib.
Fanat.Az xəbər verir ki, oyun komandasının qələbəsinə iki qolla töhfə verən Harri Keyn üçün əlamətdar olub.
O, İPL-də vurduğu qolların sayını 176-ya çatdıraraq liqa tarixinin ən yaxşı bombardirləri siyahısında 6-cı yerə yüksəlib. Beləliklə ingilis hücumçu fransalı Tyerri Anrini geridə qoyub.
Qeyd edək ki, siyahıya 260 qolla Alan Şirer başçılıq edir.