İngiltərənin "Nyukasl Yunayted" klubu "Real Madrid"in belçikalı yarımmüdafiəçisi Eden Hazarla danışıqlara başlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Defensa Central" yayıb.
Mənbə "sağsağanlar"ın bu keçidi reallaşdırmaq üçün xüsusi canfəşanlıq nümayiş etdirdiyini vurğulayıb.
Qeyd edək ki, Eden "Real"a 2019-cu ildə "Çelsi"dən transfer olunub. 115 milyon avroya alınan futbolçu İspaniya nəhəngində ümidləri doğrulda bilməyib. Bu mövsüm La Liqada 17 görüşdə forma geyinən Hazar 1 qol ötürməsi ilə yadda qalıb.