PSJ-nin mətbuat xidməti Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşması ərəfəsində futbolçuların son durumu barədə informasiya yayıb.
Fanat.Az xəbər verir ki, martın 9-da "Santyaqo Bernabeu" stadionunda baş tutacaq görüşdə iki futbolçunun Paris təmsilçisinə kömək edə bilməyəcəyi bildirilib.
Serxio Ramos və Ander Herrera İspaniya nəhənginə qarşı oynamayacaq. Hər iki futbolçu fərdi məşqlə kifayətlənir. Bundan başqa, Fransa təmsilçisinin dünənki məşqində komanda yoldaşı ilə toqquşaraq sol ayağından xəsarət alan Kilian Mbappe bu gün yenidən tibbi müayinədən keçəcək.