Lvovun "Rux" klubunun prezidenti Qriqori Kozlovski müdafiə sıralarına qoşulan Aleksandr Əliyev haqqında danışıb. Funksioner Rusiya klubları ilə müqaviləni pozmayan ukraynalı futbolçular haqda da fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Sportarena" 51 yaşlı klub sahibinin dediklərini belə çatdırıb:
“Saşa (Əliyev) həmişə yaxşı oğlan olub. Məni çox təəccübləndirdi, çünki o, əslində rusdur. Uşaqlığı Rusiyada keçib. Müsahibələrimdə həmişə demişəm ki, yaxşı ata həmişə yaxşı insan olmalıdır. Onun yaxşı vətənpərvər olacağı faktı sözlə deyiləsi deyil. Bu futbolçunun nə qədər tənqid edildiyini xatırlayırsınız. Amma nəyə qadir olduğunu göstərdi.
İndi qoy başqaları özlərini göstərsin. Rusiyada Timoşçuk ("Zenit"də məşqçi) kimi iki soydaşımız var. Bilirsiniz, hətta Şevçenko “Biz Moskva həşəratlarından yox, ukraynalı satqınlarından qorxuruq”, - demişdi. Belə satqınlarla düşmənlərə ehtiyac yoxdur."
Xatırladaq ki, Rusiya fevralın 24-də səhər Ukrayna şəhərlərinə raket zərbələri endirməyə, sonra isə genişmiqyaslı işğala başlayıb.
Emin