Polşa millisi Rusiya yığmasının beynəlxalq turnirlərdən kənarda qalması səbəbindən avtomatik olaraq dünya çempionatının pley-offunun finalına yüksəlib.
Fanat.Az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) mətbuat xidməti məlumat yayıb.
Polşa avtomatik olaraq dünya çempionatının seçmə mərhələsinin pley-offunun finalında İsveç və ya Çexiya ilə qarşılaşacaq. Qurum həmçinin Şotlandiya - Ukrayna matçının iyun ayına təxirə salındığını bildirib.
Xatırladaq ki, fevralın 28-də FİFA və UEFA Rusiya klublarının və millisinin bütün beynəlxalq yarışlarda iştirakını dayandırıb.