UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində İngiltərənin "Liverpul" klubu Milan "İnter"ini qəbul edir.
Fanat.Az xəbər verir ki, oyunda hesab hələ açılmayıb. Oyunun 25-ci dəqiqəsində "Liverpul"un baş məşqçisi Yurgen Kloppun istəyi ilə oyun dayandırıldı. Planlara daxil olmayan fasilənin səbəbi tribunalarda halı pisləşən azarkeş olub.
Qeyd edək ki, həkimlərin ani müdaxiləsi nəticəsində futbol fanatının halı stabilləşib.