PSJ-nin baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu - "Real Madrid"lə səfər qarşılaşmasından danışıb.
Fanat.Az xəbər verir ki, argentinalı mütəxəssis fikirlərini UEFA-nın saytına bölüşüb:
"Əsas məqsədimiz birinci oyunda qazandığımız üstünlüyü qorumaqdır. "Real"a böyük hörmətimiz var. Bu, 13 dəfə ÇL-i qazanmış klubdur. Buna baxmayaraq, onlardan qorxmuruq. Öz oyunumuzu göstərməyə çalışacağıq. Turnirin qalibi olmaq istəyirik. Bu uğuru hər bir fanatımız haqq edir. Ancaq öncə 1/4 finala yüksəlməliyik".
Qeyd edk ki, "Real" - PSJ qarşılaşması bu gün keçiriləcək. İlk görüş Paris təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 90+4-cü dəqiqədə Kilian Mbappe vurub.
Nihat