“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand ÇL-in 1/8 final mərhələsinin cavab oyununda PSJ-nin “Real Madrid”ə uduzaraq mübarizəni dayandırmasından danışıb.
Fanat.Az xəbər verir ki, "Daily Mail" 43 yaşlı mütəxəssisin söylədiklərini belə çatdırıb:
“Siz baş məşqçi Maurisio Poçettinonu qınaya bilməzsiniz. Üç futbolçunun özündənrazılığı Çempionlar Liqasında PSJ-nin uğur qazanmasına mane olur. Onları günahlandırmaq lazımdır, rəhbərliyi yox. PSJ-nin tarixini nəzərə alsaq, məşqçinin tənqid edilməsinin ədalətli olduğunu düşünmürəm"
Xatırladaq ki, ÇL-in 1/8 final mərhələsinin ilk görüşdə minimal hesablı qələbə qazanan PSJ cavab oyununda “Real Madrid”ə 1:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
Emin