ÇL-in 1/8 final mərhələsinin cavab oyununda PSJ-nin "Real Madrid"ə uduzması (1:3) Fransa komandasının heyətində fikir ayrılığına səbəb olub.
Fanat.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, matçdan sonra parislilərin paltardəyişmə otağında braziliyalı hücumçu Neymarla italiyalı qapıçı Canluici Donnarumma arasında münaqişə yaşanıb.
Mənbənin sözlərinə görə, Neymarla Donnarummanın gərgin mübahisəsi az qala, əlbəyaxa davaya çevrilib. Əvvəlcə braziliyalı buraxılan ilk qol epizodundakı səhvə görə qapıçını qınayıb. İtaliyalı qolkiper isə cavabında Neymarı uğursuz oyunda günahlandırıb.
İş o həddə çatıb ki, PSJ-nin digər oyunçuları Neymarla Donnarummanı ayırmalı olublar.
Xatırladaq ki, "Real Madrid" PSJ-ni ümumi hesabda 3:2 məğlub edərək ÇL-in 1/4 finalına yüksəlib.
Emin