"Çelsi"ni satmaq məcburiyyətində qalan tanınmış iş adamı Roman Abramoviç Rusiya futboluna sərmayə qoymağa qərar verib. Sahibkar RPL klublarından birini alacaq.
Fanat.Az xəbər verir ki, belə bir iddia ilə "Rossiyskiy Futbol:RPL" portalı çıxış edib.
Böyük ehtimalla Abramoviçin yeni klubu Moskva MOİK-i olacaq.
ABŞ-ın MOİK-in sponsoru "VTB Bank"a qarşı sürdüyü sanksiyalar səbəbindən “hırbçilər” işi xeyli mürəkkəbləşib. Bu səbəbdən də bank səhmlərini satmaq istəyir. Bundan əlavə, Abramoviç uşaqlıqdan MOİK-in azarkeşidir və “qırmızı-mavilər”in prezidenti Yevgeni Ginerlə mehriban münasibətdədir.
Bu gün Britaniya hökuməti Abramoviçə qarşı daha bir sanksiya tətbiq edib. Rusiyalı iş adamının “Çelsi” də daxil olmaqla, bütün səhmləri dondurulub.
Emin