Serbiya "Partizan"ının məşhur veteran futbolçusu Neboyşa Vuçiçeviç 59 yaşında vəfat edib.
Fanat.Az xəbər verir ki, hadisə qapalı futbol meydançasında baş verib. Qəfildən yıxılan veteranı xilas etmək mümkün olmayıb. Mərhumun insult keçirdiyi deyilir.
Qeyd edək ki, Vuçiçeviç 1984-1989-cu illərdə “Partizan”da, ölkə xaricdə isə Fransa “Metz”i və İspaniya “Salamanka”sında çıxış edib. Veteran yarımmüdafiəçi “Partizan”ın heyətində iki dəfə Yuqoslaviya çempionu olub, bir dəfə isə kuboku qazanıb. Oyunçu karyerasından sonra məşqçi kimi çalışan mərhum əsasən Serbiyanın ortabab və aşağı liqa klublarında çalışıb.
Mirağa