Qış fasiləsində "Keşlə"dən ayrılan yarımmüdafiəçi Con Kamaranın yeni klubu məlum olub.
Fanat.Az xəbər verir ki, syerre-leonalı futbolçu karyerasını Rumıniya "Politexnika"sında davam etdirəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Politexnika" 2-ci liqada mübarizə aparır.
Daha əvvəl də Azərbaycan klublarında top qovan Kamara 2019-cu ilin yanvarından 2022-ci ilin yanvarına qədər "Keşlə"də çıxış edib.