“Mançester Yunayted”in keçmiş müdafiəçisi Patris Evra İPL-in 29-cu turunun “Tottenhem”lə (3:2) oyununda het-trik edən “qırmızı şeytanlar”ın portuqaliyalı ulduzu Kriştianu Ronaldunu tənqid edənləri ələ salıb.
Fanat.Az xəbər verir ki, Evra öz "Twitter" səhifəsində Ronaldu ilə birgə şəklini əlavə edərək "Qardaşım, xahiş edirəm, "Mançester Yunayted" üçün problem olmağa davam et", - yazıb.
bro please keep being the problem @Cristiano 😂😂😂♥️🔥🔥🙏🏽💪 #ilovethisgame #positive4evra @ManUtd #manchesterunited pic.twitter.com/n7KdCqzm0z
— Patrice Evra (@Evra) March 12, 2022
"Mançester Yunayted" Premyer Liqanın 2021/22-ci illər mövsümünün turnir cədvəlində 29 matçdan sonra 50 xalla 4-cüdür. "Tottenhem" 45 xal toplayıb və 7-ci pillədə qərarlaşıb.
Emin