İngiltərəli idman jurnalisti Oliver Holt "Çelsi" - "Nyukasl" qarşılaşması ərəfəsində sərt açıqlama ilə yadda qalıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" media nümayəndəsinin dediklərini belə çatdırıb:
"Çelsi" - "Nyukasl" matçı ürəkbulandıran və milli idmanımızı biabır edən oyundur. Premyer Liqa cinayətkar təşkilatların, tiranların və qanqsterlərin çirkli pullarının sığınacağına çevrilib. Klublarımızı geri qaytarmağın vaxtıdır. Köhnə futbolumuza qayıtmaq zamanıdır”.
Xatırladaq ki, İPL-in 29-cu turunun "Çelsi" - "Nyukasl" qarşılaşması London təmsilçisinin minimal üstünlüyü ilə yekunlaşıb - 1:0.
Emin