"Barselona"nın baş məşqçisi Xavi komandanın hücumçusu Pyer-Emerik Obameyanqın rolunu yüksək qiymətləndirib.
Fanat.Az xəbər verir ki, ESPN nəşri 42 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
“Obameyanqın komandamızda olması çox şey deməkdir. Bu oğlan "Barselona" üçün göydən düşmüş hədiyyədir. O, yalnız vurulan qollarla kifayətlənmir, onun məşqə yanaşma tərzi, peşəkarlığı insanı yaxşı mənada, təəccübləndirir. Obameyanq bütün futbolçular üçün nümunədir”
Cari mövsüm 27 turdan sonra "Barselona" İspaniya La Liqasının turnir cədvəlində üçüncü yerdədir.
Emin