Hollandiyanın "Ayaks" klubuna yeni idman direktoru təyin olunub.
Fanat.Az xəbər verir ki, bu 38 yaşlı keçmiş futbolçu Klaas-Yan Huntelaardır.
Hollandiya millisinin heyətində 76 oyuna 42 qol vuran hücumçu ötən il Almaniyanın “Şalke04” klubunun futbolçusu kimi karyerasını bitirib. Karyerasının əvvəlində o, iki dəfə, 2006-2009 və 2017-2021-ci illərdə "Ayaks"da oynayıb.
Huntelaar "Ayaks"da klubun qadın əməkdaşlarına təcavüzdə ittiham olunan və bu üzdən idman direktoru vəzifəsindən istefa verməli olan Mark Overmarsı əvəz edəcək.
Bu arada klubda yeni qalmaqal baş verib. Jurnalist Dennis Şouten "RoddelPraat"a açıqlamasında "Ayaks" akademiyasının üzvü, hələ əsas komandada debüt etməyən, bununla belə, əvəzedicilərdə 40 oyu keçirən 20 yaşlı Doni Varmerdamın təcavüzdə ittiham olunduğunu və polisin bu işi araşdırdığını iddia edib.